İLK MƏHƏBBƏTİM
20.08.2025 | Oxunma sayı: 43Bulaqsan,.. gözümdən axırsan mənim,
Tüstüsən,.. təpəmdəm çıxırsan mənim.
Dustaqsan,.. könlümdən baxırsan mənim,
Ay ilk məhəbbətim, ilk məhəbbətim.
Sən – ciyər yanğısı,sən – sinəmdə dağ,
Yaxşısan,yamansan,.. mənimsən ancaq.
Üzümə çırpılan şillə,şapalaq,
Ay ilk məhəbbətim, ilk məhəbbətim.
Sən gah sevinc oldun,gah fəryad,gah ün,..
Kaş ki,dağılaydı mən doğulan gün.
Sən – cavan ömrümə vurulan düyün,
Ay ilk məhəbbətim, ilk məhəbbətim.
İlk dəfə heyrətdən çatılan qaşım,
Oşalanan qolum,əyilən başım.
Sən – vaxtsız yıxılıb qalan başdaşım,
Ay ilk məhəbbətim, ilk məhəbbətim.