
Vaqif Aslan
Aslanov Vaqif Cumay oğlu 1950-ci il iyul ayının 5-də Şəki rayonunun Kiş kəndində anadan olmuşdur. İbtidai təhsilini Kiş kənd ibtidai, 8 illik təhsilini Kiş kənd səkkizillik, 10 illik təhsilini isə qonşu Oxud kənd orta məktəbində almışdır. 1968-1973-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun “Fransız və Azərbaycan dilləri” fakültəsini bitirmişdir.
1973-1993-cü illərdə Şəkinin Kiş kəndindəki orta məktəbdə öz ixtisası üzrə müəllimlik etmişdir. 1994-1997-ci illərdə Şəki Regional Elmi Mərkəzində “Folklor və el sənətləri” laboratoriyasının rəhbəri olmuşdur. 1997-ci ilin sonlarından AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu nəzdində yaradılan Folklor Elmi-Mədəni Mərkəzinin, 2003-2013-cü illərdə isə Folklor İnstitutunun Şəki sektoruna rəhbərlik etmişdir. 1995-ci ildən etibarən saathesabı olaraq ADU-nun, sonra Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında “Azərbaycan ədəbiyyatı tarixi”ndən, o cümlədən, “Türk xalqları ədəbiyyatı”ndan, “Azərbaycan ədəbi tənqidinin tarixi”ndən, “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı”ndan dərs demişdir. Hal-hazırda ADPU-nun Şəki filialında tam ştatda pedaqoji fəaliyyətini davam etdirməkdədir.
1994-cü ildə akademik Bəkir Nəbiyevin, AMEA-nın müxbir üzvü Yaşar Qarayevin və AMEA-nın müxbir üzvü Tofiq Hacıyevin zəmanətləri ilə Azərbaycan Yazıçılar Birliyinin üzvülüyünə namizədliyi irəli sürülmüş, 1995-ci ildən AYB üzvü olmuşdür.
1998-ci ildən Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin sədridir.Poeziyamızın daha bir vaqifi - Vaqif Aslan Bölmə ictimai əsaslarla fəaliyyət göstərir və Respublikamızın şimal-qərb bölgəsini əhatə edir.
Ailəlidir. Bir oğlu və bir qızı vardır.